16 Aralık 2014 Salı

Azərbaycan gələcəyi

Vətən! Mənim ana yurdum, ana məskənim! Sən bir gülüstansan, sinəsi laləli, köksü nərgizli bir  çəmənsən. Biz də səninlə çiçəklənirik. Səpilmişik sinən üstünə. Sən bizə doğmasan əzizsən, munissən, müqəddəssən. Bizi dünyaya gətirin doğma anamız kimi.
Vətənin, yurdun müqəddəsliyi öz xalqını, öz elini, obasını, yaşadığı torpağı ürəkdən sevən hər bir şəxs üçün ən ümdə arzu, ən ali istək, ən yüksək amaldır.
Vətən! Azadlıq! Azad olmayan vətən azad vətəndaş ola bilməz.Vətən azadlıq simvolu, müstəqillik rəmzidir. Azadlıq, müstəqillik isə tərəqqinin, inkişafın əsasıdır. Azadlıq nə verilmir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının qanı və canı bahasına əldə edir.
Vətənimiz Azərbaycan qəhrəmanlar yurdu, igidlər əskənidir. Bu torpağın Babək, Cavanşir, Koroğlu kimi qəhərəmanları, Mehdi Hüseynzadə, Gəray Əsədov, Həzi Aslanov kimi igid oğulları vardır. Bu igid cəngəvərlər vəyənin azadlığı, xalqın işıqlı gələcəyi naminə mübarizə aparmış, öz canlarını da bu yolda qurban verməkdən çəkinməmişlər. Onlar vətənin  dünəni, bu günüdürlər, biz isə vətənin sabahıyıq.Lakin...
Çox-çox təəssüflər olsun ki, bu gün qəhrəmanlarımızla öyünsək də, özümüzün qəhrəmanlığımızla fəxr edə bilmirik. Koroğlular, Babəklər yurdu olan Azərbaycan vətənimizin iyirmi faiz torpağını yağı əlinə vermişik. Nə qədər soydaşımız şəhid olub, analar oğulsuz, övladlar atasız, gəlinlər ərsiz qalıb.
Qarabağ yarası həmişə göynənən, sızlayan yaramızdır. Bu torpaq uğrunda vuruşaraq şəhid olmuş qəhrəmanlarımızı əbədi bir xatirə kimi qəlbimizdə həkk etmişik. Onları heç vaxt, heç zaman unutmayacağıq.
Bu gün şəhid ruhları narhatdır, nigarabdır və nə qədər ki, torpaqlarımız, dilbər guşəmiz Qarabağ alınmayıb, düşməndən qisasımızı almamışıq, onlar həmişə narahat, həmişə nigaran olacaqlar. Bu torpaqları biz almalıyıq. Qanımızla, canımızla. Mən inanıram ki, tezliklə, lap tezliklə, gözəl Qarabağımızı düşmən əsarətindən xilas edəcək, üçrəngli bayrağımızı Xankəndində ən hündür binanın zirvəsinə sancacağıq.
Mən vətənimi bütün qəlbimlə sevirəm və onun uğrunda son damla qanıma qədər vuruşmağa hazıram. Sinəmdəki ürəyimdə sonsuz vətən məhəbbəti, yurd sevgisi vardır. Əgər bu ürəyimdə sonsuz vətən məhəbbəti, yurd sevgisi vardır. Əgər bu ürək:                            
Vətənimçin lazım gəlsə,                             
Polad kimi gərilməsə,                             
Torpağına sərilməsə,                            
Demək, o heç ürək deyil,                             
O heç mənə gərək deyil!

Hiç yorum yok:

Yorum Gönder